“Zirə”nin müdafiəçisi turun ən yaxşı oyunçusu seçilib

11 Oktyabr 2018 17:52 (UTC+04:00)

InStatın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün VII turunun ən yaxşı oyunçusu məlum olub. SİA-nın məlumatına görə, bu, “Zirə”nin müdafiəçisi Miloş Radivoyeviçdir. “Qəbələ”yə qarşı keçirilən oyunda serb futbolçu yeganə qolun müəllifi olub. Araşdırmalara əsasən Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudur.