“Sumqayıt”dan növbəti transfer

11 Oktyabr 2018 16:40 (UTC+04:00)

“Sumqayıt” növbəti futbolçunu heyətinə cəlb edib. SİA-nın məlumatına görə, 2011-2015-ci illər aralığında “kimyaçılar”ın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. O.Əliyev “Sumqayıt”da 8 nömrəli formada çıxış edəcək.

22 yaşlı futbolçu 2011-2015-ci illər ərzində “Sumqayıt”ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımmüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

O.Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərinin də formasını geyinib.