Bakı Musiqi Akademiyasında növbəti konsert Qara Qarayevin xatirəsinə həsr edilib

11 Oktyabr 2018 16:24 (UTC+04:00)

Görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, növbəti konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) reallaşıb. Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın iştirakı ilə təşkil edilən konsertdə bir-birindən parlaq ifalar təqdim olunub. Konsert Bakı Musiqi Akademiyası və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşib.

BMA-nın müəllim-tələbə heyətinin qatıldığı konsert proqramı maraqla qarşılanıb.