Sumqayıt Dövlət Dram Teatrından daha bir yeni tamaşa....

11 Oktyabr 2018 16:20 (UTC+04:00)

50 illik yubileyi ərəfəsində Sumqayıt Dövlət Dram teatrı daha bir yeni tamaşa üzərində son hazırlıq işlərini başa çatdırmaq üzrədir. Teatrdan SİA verilən xəbərə görə, kiçik yaşlı tamaşaçılar və məktəblilər üçün nəzərdə tutulmuş tamaşa Rus xalq nağılı əsasında səhnələşdirilmiş və "Kim güclü, kim aqıllı?" adı ilə nümayiş olunacaq.

"Musiqili birbaşa, ibrətamiz tamaşa" janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin aqıllı, uzaqgörən, fərasətli olmasından bəhs edilir.

Tamaşada meşə qanunları ilə yaşayan heyvanların güc ilə deyıl, məhz aqılla düşmənə qalib gəldiyini dovşanın timsalında görmək olar. Dovşan az zəkası ağlı, məntiqi ilə hətta canavarı, tülkünü belə ram edə bilir.

Tamaşaya baxan kiçik yaşlı tamaşaçılara ötürülən mesaj bundan ibarətdir; həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza atmaq olar!

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Kamran Muradlı, Vəfa Qurbanova, Mətləb Səfərli, Sevda Hüseynova, Elmir Mehdiyev və Rövşən Əsgərov ifa edirlər.

Tamaşanın premyerası oktyabr ayının 17-də saat 1100-da baş tutacaq.