"Keşlə" toqolu hücumçu transfer edib

11 Oktyabr 2018 14:04 (UTC+04:00)

"Keşlə" Toqo millisində oynamış hücumçu Jonatan Eiteni transfer edib. SİA-nın xəbərinə görə, bununla bağlı məlumat "Transfermarkt" saytında yayılıb. 33 yaşlı oyunçu bu mövsümün sonuna kimi Bakı klubunda çıxış edəcək.

Qeyd edək ki, J.Eite ötən mövsüm "Samsunspor"da oynayıb və 20 oyuna 3 qol vurub.

Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, toqolu hücumçu 2018/19 mövsümünün sonunadək "Keşlə"də oynayacaq.