Mənzurə efirdə hönkür-hönkür ağladı VİDEO

11 Oktyabr 2018 17:15 (UTC+04:00)

Müğənni Mənzurə Musayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, efirə zəng edən xanım 3 yaşlı uşağını ifaçıya vermək istəyib. Onun bu sözləri Mənzurəni göz yaşlarına qərq edib: "İstəmirəm ana balasından imtina etsin. Qıraqdakı ona nə qədər yaxşı baxsa da, ana anadır. Anası olmasa bəlkə də baxaram. 3 yaşı var uşağın. O artıq anasını hiss edir. Bu artıq mənə yamaqdır. Həmişə fikrində qalacaq ki, anam məni aparıb verdi. Mən o anaya pis baxıram. Elə ana olmaz. Ana necə balanı ata bilər. Bala şirinliyi görməmişəm, amma mən o ata, ananı pisləyirəm. Hər dəfə bu verilişdə məni ağladırsınız. Övlad mövzusuna toxunmayın”.