Kərimdən aparıcıya: "Elçinin haram xoşu olsun" VİDEO

11 Oktyabr 2018 11:14 (UTC+04:00)

Müğənni Kərim Abbasov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda teleaparıcı Elçin Əlibəyli haqda xoşagəlməz sözlər deyərək, ona halallıq verməyəcəyini bildirib: “Həyatımda 3 nəfərə halallıq verməyəcəm, onlardan biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Allah da mənə desə ki, ona halallıq ver, vermərəm. Onun yıxdığı evi heç kim yıxmayıb. O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Onsuz da çəkir. Oxuyub prokuror ola bilərsən, jurnalist ola bilərsən, amma həyatda insan olmaq lazımdır. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilmərsən.

Elçin Əlibəyli, sən insan kimi pis insansan. İnsanlıq məktəbi olsaydı, birinci onu göndərərdim. Mən hələ ki, susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni yerə çırpdı. Mən Elçinə görə 1 il İstanbulda yaşadım. Elçin, mən sağ qalsam, sən ölsən, molla deyəndəki haqqınızı halal edin, deyəcəm ki, haram xoşu olsun”.