Bakıda yanğın

11 Oktyabr 2018 09:19 (UTC+04:00)

Bakıda 3 otaqlı ev yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.