Rusiya: "ABŞ Suriyada özəl idarə yaratmaq istəyir"

11 Oktyabr 2018 06:04 (UTC+04:00)

Suriyada ABŞ əsgərlərinin yerləşdiyi Fəratın şərqindəki vəziyyət getdikcə daha çox narahatlıq doğurur. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

"Bu ərazi demək olar ki, tamamilə kürd müttəfiqlərinə arxalanan amerikalılar tərəfindən idarə olunur. Onların Fəratın şərqində mövcud Suriya konstitusiyasına zidd olaraq xüsusi idarə yaratmaq səyləri təəssüf ki, müsbət nəticələr doğurmur. Biz bunu qurudakı vəziyyətdən görürük",- Zaxarova qeyd edib.