Rövşanədən Nərminə: "Get mətbəxdə yeməyini bişir" VİDEO

10 Oktyabr 2018 16:08 (UTC+04:00)

Verilişlərin birində müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərminlə aparıcı Rövşanə Ağasəfqızı arasında gərgin anlar yaşanıb.

SİA-nın məlumatına görə, müğənnilik etmək istəyən Nərminə aparıcı irad bildirib: “Onsuz zövqümüzü korlayanlar çox olub. Oxuyub zövqümüzü korlama. Get evdə mətbəxdə yeməyini bişir”.

Aparıcının bu sözləri Nərmindən sərt cavab gəlib: "Studiyaya yoldaşımla girirəm görürəm, canlı oxuya bilmirlər. Guya oxuyanların istedadı var? Kiminsə sözü ilə oxuyuram?”.

Rövşanə daha sonra "Nurlanın gözəl sənəti var, amma heç yerə gedib çıxmadı” sözlərini əlavə edib. Nərmin isə aparıcıya cavabında bu sözləri deyib: “Nurlanın çünki üzü yoxdur. Mən üzdüyəm, oxuyacam”.