“Excelsior Hotel & Spa Baku” oteli yeni xidmət təqdim edib

10 Oktyabr 2018 11:50 (UTC+04:00)

“Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranı 1 oktyabr tarixindən qonaqlara şam yeməyi açıq bufeti təşkil etməyə başlayıb. Şam yeməyi menyusu hər gün dəyişilir və müxtəlif çeşidlərdən ibarətdir. Bir nəfər üçün 19 manata təklif edilən menyuda yerli və Avropa mətbəxinin yeməkləri təqdim edilir. Müxtəlif isti yeməklər, sup, suşi, 24 çeşid salat, 14 çeşid desert, meyvə çay, kofe, təbii şirələri daxildir. Oteldə qalan qonaqlar, həmçinin kənardan gələn qonaqlar şam yeməyi açıq bufetin xidmətlərindən istifadə edirlər. Şam yeməyi açıq bufet həftə içi 5 gün saat 19.00-22.00-a qədər qonaqların xidmətində olur.

“Excelsior Hotel & Spa Baku” otelinin satış və marketinq üzrə direktoru İlkin Rüstəmov bildirib ki, otel qonaqların tövsiyyələrini daim diqqət mərkəzində saxlayır və öz xidmətlərni daima inkişaf etdirmək üçün mənbə olaraq qəbul edir. Otelinin qonaqlarının təklifləri əsasında yeni şam yeməyi açıq bufeti xidməti fəaliyyətə başlayıb. Həmçinin, “Belveder” restoranı qonaqlara həftə içi 5 iş gün, saat 12:00-15:00-dək olan müddətdə bir nəfər üçün 14 AZN təşkil edən biznes nahar açıq bufet xidməti göstərir.

Qonaqların otelə rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Excelsior Otel müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən möhtəşəm 5 ulduzlu oteldir. Otel, ənənə və yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla birləşdirir. Otel klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.