84 yaşlı qadın nar yeyərkən bıçaq xəsarəti alıb

10 Oktyabr 2018 04:02 (UTC+04:00)

Ağstafa rayonunda ahıl qadın bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Xatai kəndində qeydə alınıb.

Kənd sakini, 1934-cü il təvəllüdlü Humay Məmməd qızı Həsənova qarın nahiyəsindən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, qadın bağda nar yediyi zaman yıxılıb və əlindəki bıçaq ehtiyatsızlıqdan qarnına batıb.

Hazırda Cərrahiyyə Şöbəsində müalicəsi davam edən qadının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.