Gülçka hansı “sabundan” istifadə edir?

9 Oktyabr 2018 09:44 (UTC+04:00)

Və ya “brendin” adı Cəmilldir

Vaxtilə hakimiyyətə “canla-başla” xidmət etdiyini reklam etdirməkdən ötrü TV ekranlarından çıxmayan, deputat olarkən, hakimiyyət barədə danışdığı zaman ağzına “çullu dovşan” sığışmayan və hazırda eyni tipajını, obrazını “Milli Şura”da nümayiş etdirən Gültəkin Hacıbəyli çox rahat bir şəkildə Cəmil Həsənliyə “girişib”, özü də necə..! Elə onun təmsil olunduğu düşərgədə naftalin qoxusu verən bir ifadə var – “sabunlanmaq”. Demə, bu söz nə vaxtsa özlərinə geri dönəcəkmiş. Məsələn, hazırda oxuduğunuz köşə yazısında geri döndərilən kimi...

Güliçka gecə yatmayıb və səhər o başdan yuxudan ayılan kimi...

Əlqərəz edərək, gəlirəm sözümün canına. Belə ki, Gültəkin Hacıbəyli - Güliçka gecə yatmayıb və səhər o başdan yuxudan ayılan kimi “Milli Şura”nın sədri Cəmil Həsənli barədə “güclü” status yazıb. Bəh-bəhlə bəytərifi edib və...

Və Azərbaycanın tarixinə öz əvəzsiz, silinməz izlərini qoymuş mütəfəkkirləri, dövlət, siyasət xadimləri ilə eyni məqamda tutub (???!!!-R.). Və demə, Cəmil Həsənli Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Cavid, Bəxtiyar Vahabzadə, Elçibəy, Xudu Məmmədovla eyni sırada dayanırmış!.. Belə yerdə deyərlər ki, eyvah xalqım, gör nə günlərə qaldıq ki, mal oğrusu, DTK agenti Cəmil Gültəkinin sarsaq təfəkkürü ilə gəlib bu cür şəxsiyyətlərlə eyni sırada dayandı. Əslində, çox hiddətləndirici bir haldır, ancaq təəccübedici də deyil.

Mal oğrusu, DTK agenti, yediyi qazanına iki dəfə tüpürən riyakar və satqın!

Gəlin müqayisə edək və görək Gültəkinin “təfəkkürü” haraya qədər “inkişaf” edib. Məhəmməd Əmin Rəsulzadə ADR-in qurucusu və Şərəqdə ilk demokratik müsəlman dövlətinin yaradıcısı olub, bu günün müstəqil Azərbaycan dövləti tarixi hakimiyyətin varisidir, Cəmil Həsənli isə Biləsuvarda və Cəlilabadda mal oğrusu kimi tanınıb, onu oğurluq əməllərinə görə, həmkəndliləri qovublar. Üzeyir Hacıbəyli Azərbaycanın dünyaca məşhur bəstəkarı və mütəfəkkiridir, Cəmil Həsənli isə riyakar, siyasi arenada öz məqsədlərinı çatmaqdan ötrü iki dəfə (!-R.) yediyi qazana tüpürən satqındır. Cavid Azərbaycan xalqının dahi dramaturqudur, Cəmil Həsənli isə DTK-nın hələ SSRİ- dövründə Azərbaycanın müstəqilliyi uğrunda gizli mübarizə aparanlara qarşı istifadə edilən agenti, Bəxtiyar Vahabzadə, Elçibəy, Xudu Məmmədov xalqımızın tarixində rol almış böyük şair, özünəməxsus siyasətçi və nüfuzu elm xadimləriydilərsə, Cəmil Həsənli ona-buna satılan, erməniyə dayı deyən Vətən xaini!

Güliçka və qoca professorun yorğalıq məsələsi

Beləliklə, Cəmilin filan yerinə əməlli-başlı “sabunlanaraq” girən Güliçkanın çox yəqin ki, məqsədi var. Ya onun Cəmildən işi keçəcək, ya da onun qoca professorun onun üzərində siyasi yorğalıq etməsinə ehtiyacı yaranıb. Yoxsa, nə baş vermişdi ki, Güliçka birdən-birə səhər-səhər yuxudan duraraq, üz-gözünü yumamış onun barəsində “sabunlu”, “şampunlu”, hələ üstəlik, “vazelinli” status guppuldadıb?! Yəqin, torpada pişikdən-zaddan varıymış...

RÖVŞƏN

P.S. Gültəkin Hacıbəyli bu dövlətə, bu hakimiyyətə işləyənləri həmin statusunda aşırı şəkildə təhqir edib. Fəqət, unudub ki, dəfələrlə (!-R.) dövlətimizin maraqlarını axmaqsayağı mitinqlərdə erməni maraqlarına satan da o və Cəmil Həsənli olub. Necə deyərlər, söyüş yiyəsinə çevriliblər. Ona görə də, nə qədər həqarət etsə belə, həmin təhqirlər elə onların öz boyunlarına biçilir. Bax, bunu qulaqlarında sırğa etsinlər. İstər sabunlu, istərsə də sabunsuz...