Qərbi Nil qızdırması vurisu yenidən gündəmə gəldi

6 Oktyabr 2018 13:54 (UTC+04:00)

Yunanıstanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 34, ümumilikdə bu xəstəliyə yoluxanların sayı 289 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərin İdarəetmə və Müalicə üzrə Milli Mərkəzi məlumat açıqlayıb.

Məlumata görə, 27 sentyabrdan oktyabrın 4-dək 18 nəfər bu xəstəliyə tutulub ki, onlardan 3-ü dünyasını dəyişib.

Qeyd edək ki, Qərbi Nil qızdırması virusu Yunanıstanda 2010-cu ildən aşkar edilib. 2010-2014-cü illərdə ölkədə bu xəstəlikdən ölənlərin sayı 80 nəfər çatmışdı. 2015-2016-cı iləd bu xəstəliyə yoluxma halı qeydə alınmayıb. Lakin 2017-ci ildə 48 yoluxma halı qeydə alınmışdı ki, onlardan 5 nəfəri həyatını itirmişdi.

Xatırladaq ki, Qərbi Nil qızdırması Avropanın daha 8 ölkəsində aşkar edilib. Virus milçəklər tərəfindən gətirilir.