Binədəki qəzada yaralanan 18 nəfərin müalicəsi davam etdirilir

3 Oktyabr 2018 18:55 (UTC+04:00)

Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralanan sərnişinlərdən 12 nəfəri hazırda Sabunçu rayonundakı 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alır və onlardan beşi reanimasiya şöbəsindədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yaralılardan dörd nəfərinin müalicəsi Kliniki Tibbi Mərkəzdə, iki nəfərinin müalicəsi isə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda davam etdirilir.