"WhatsApp” daha bir yenilik edəcək

3 Oktyabr 2018 16:31 (UTC+04:00)

Asan mesajlaşma vasitəsi olan “WhatsApp” daha bir yenilik etməyi düşünür. SİA-nın verdiyi məlumata görə, “WhatsApp” reklam funksiyasını işə salmağı nəzərdə tutub. Belə ki, artıq messencerə reklam mesajları gələcək. Bu ismarıcların tətbiqin yuxarı hissəsində görünəcəyi qeyd edilir.

“The Sun” tabloidi “Whatsapp” nümayəndəliyindəki mənbələrinə istinadən bildirib ki, reklamın görünməsi barədə yeniliyi hazırda “Facebook” rəhbərliyi nəzərdən keçirir.