DİQQƏT: Piy əridən 5 məhsul!

1 Oktyabr 2018 00:02 (UTC+04:00)

Alimlər piylərin səmərəli şəkildə əridilməsinə, limfaların və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edən beş məhsulun adını çəkiblər. Belə ki, artıq çəkisi olan adamlar ilk növbədə öz rasionuna ənginarları əlavə etməlidir. Bu məhsul qida lifləri və antioksidantlarla zəngindir, o öd istehsalını aktivləşdirir və xolesterini normallaşdırır, həmçinin əla sidikqovucu vasitədir.

Eyni zamanda qreypfurta da diqqət yetirmək lazımdır. Bu azkalorili meyvə artıq yeməyin qarşısını alır və qanda şəkəri tənzimləyir. Əzələ kütləsini artırmaq və metabolizmi qovmağa süd zərdabı da kömək edir.

Qara ciyəri sağlamlaşdırmaq üçün yaşıl çaydan istifadə etmək olar. Kayen istiotu isə arteriyanı təmizləyir və qan dövranını stimullaşdırır