ŞOK: Norveçdə yeni qorxulu virus yayılıb

30 Sentyabr 2018 00:15 (UTC+04:00)

Norveçin Hardangervidda milli parkında 30 turist təxliyə olunub. Bu qərara norovirusun yayılması səbəb olub. Qeyd olunur ki, Norveçin Turizm Assosiasiyası xəstələnmiş turistlərin olduğu kotteclərdə gigiyena nəzarəti üçün tədbirlər həyata keçirir.

Turistlərin sağlamlıq vəziyyəti barədə məlumat verilməyib. Qeyd edək ki, "bağırsaq qripi” kimi də tanınan norovirus yüksək temperatur, qusma və mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunur.