MDB ölkələri ərazisində 4 geniş hərbi təlim keçiriləcək

26 Sentyabr 2018 14:05 (UTC+04:00)

"Bu ilin sonunadək MDB ölkələri ərazisində 4 geniş hərbi təlim keçiriləcək". SİA RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu “İsık-Göl - antiterror 2018” terrorçuluğa qarşı müştərək təliminin bağlanış mərasimində Rusiyanın Mərkəzi Hərbi Dairəsinin komandanı, general-leytenant Aleksanr Lapin bildirib.

O deyib: “Bunlar Qazaxıstanda keçiriləcək “Axtarış-018”, Tacikistanda “Sərghəd-2018”, Rusiya Federasiyasında “Hava körpüsü” və “Sarsılmaz qardaşlıq” təlimləridir. Bunlar bizim həmrəyliyimizi, hərbi qüdrətimizi, qısa müddətdə Mərkəzi Asiyanın hər bir yerində müştərək qüvvə yarada biləcəyimizi dünyaya göstərmək üçündür”.