Bakıda yük maşını maneəyə çırpılıb, sürücü ölüb

26 Sentyabr 2018 13:12 (UTC+04:00)

Bakıda yol qəzası baş verib.

SİA Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi “KamAZ” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.