Cüdoçumuz dünya çempionatında yarımfinala yüksəlib

26 Sentyabr 2018 12:41 (UTC+04:00)

Bakıda keçirilən dünya çempionatında 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən cüdoçumuz Uşanqi Kokauri yarımfinal mərhələsinə yüksəlib. SİA-nın məlumatına görə, idmançımız ilk görüşündə belaruslu Vladislav Tsiarpitskini məğlub edərək dünya çempionatının 1/8 final mərhələsinə adlayıb. O, növbəti mərhələdə polşalı Masiey Sarnacki ilə qarşılaşıb. Bu idmançını da məğlub edən cüdoçumuzun 1/4 finalda rəqibi çexiyalı Lukas Krpalek olub. Uşanqi Kokauri qalib gələrək yarımfinala çıxıb. İdmançımız finala gedən yolda özbəkistanlı Bekmurad Oltıboev ilə üz-üzə gələcək.