Ağır yol qəzası baş verib 1 ölü, 2 yaralı

26 Sentyabr 2018 11:25 (UTC+04:00)

Saatlıda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə rayonun Sarıcalar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Jeep” markalı minik avtomobili qarşıdan gələn “Qazel” markalı maşına çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini Təbriz Bayramov hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağla araşdırma aparılır.