“Real” ŞOKDA: İsko 1 ay futboldan uzaq qalacaq!

26 Sentyabr 2018 04:13 (UTC+04:00)

Madrid “Real”ı ciddi itki ilə üzləşib. “AS” nəşri yazır ki, komandanın aparıcı üzvü İsko bir müddət komandasına kömək edə bilməyəcək. Kor bağırsağında problem aşkarlanan ispaniyalı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 1 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 5 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.