"Milan" Qattuzoya qapını göstərir...

25 Sentyabr 2018 22:19 (UTC+04:00)

Qarşıdakı turlar "Milan"ın baş məşqçisi Cennaro Qattuzonun kreslosunu qoruması üçün cox önəmlidir. Belə ki, klub rəhbərliyi 40 yaşlı mütəxəssisə son xəbərdarlığını edib. Milan təmsilçisinin direktoru Leonardo hazırkı məqamda Qattuzonun qovulmasının müzakirə mövzusu olmadığını bildirsə də, məşqçidən komandanın oyununda müsbətə doğru dəyişiklik etməsini istəyib.
Qeyd edək ki, 5 turdan sonra 5 xal toplayan "Milan" hazırda 13-cü pillədə qərarlaşıb. "Rossonyerlər" rəqiblərindən 1 oyun az keçirib. Qattuzonun komandası növbəti turda səfərdə "Empoli" ilə qarşılaşacaq.