Samir Abasov və Roberto Bordin cəzalandırıldı

25 Sentyabr 2018 14:27 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub. SİA-nın məlumatına görə, Topaz Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanıb, klublar 800 manat cərimə olunub.

Mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasova 4-cü hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.