Cüdo üzrə DÇ-nin 6-cı gününün yarımfinalçıları müəyyənləşib

25 Sentyabr 2018 13:21 (UTC+04:00)

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının 6-cı gününün yarımfinalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, 125 ölkədən 800-dək cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində finala gedən yolda gürcüstanlı Varlam Liparteliani Monqolustan təmsilçisi Otqonbaatar Lxaqvasuren ilə, Koreya Respublikasından olan Quham Ço isə rusiyalı Niyaz İlyasov ilə üz-üzə gələcək.

Qadınlar arasında 78 kiloqram çəkidə yarımfinal mərhələsində niderlandlı Quusje Stinhuis çinli Jenjao Ma ilə, Yaponiya cüdoçusu Şori Hamada digər Niderland təmsilçisi Marhinde Verkerk ilə qarşılaşacaq.