İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb

25 Sentyabr 2018 12:18 (UTC+04:00)

İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində su elektrik stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb. SİA-nın “Sputnik-Armeniya”ya istinadən məlumatına görə, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib.

Bildirilib ki, iki ölkə Araz çayı üzərində SES-in tikintisi məsələsi hələ 2006-cı ildə müzakirə edilməyə başlanıb. Bununla bağlı 2011-ci ildə memorandum imzalanıb. İran neftinə Avropa İttifaqı sanksiya tətbiq etdikdən sonra bu layihənin reallaşması dayanmışdı.