Qusarda Dövlət Gömrük Komitəsi jurnalistlər üçün təlim keçir FOTOLAR

25 Sentyabr 2018 11:09 (UTC+04:00)

Bu gün Qusar rayonunda Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda təlim öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, təlimin açılış mərasimi Qusar rayonunda yerləşən "Şahdan Hotel"də baş tutub.

Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə baş tutan açılış mərasimində media qurumlarının rəhbərləri, millət vəkilləri iştirak edib.

Tədbirdə təlimin məqsədi, medianın gömrük işindəki rolu və mediaya verilən önəmdən bəhs edilib.

Qeyd edək ki, jurnalistlər üçün təlim 25-29 sentyabr tarixini əhatə edəcək.