Fransa: "Türkiyə-Rusiya razılaşması bölgə üçün bir şansdır"

25 Sentyabr 2018 04:01 (UTC+04:00)

"Razılığın olması olduqca müsbət məqamdır və bu, bölgə üçün bir şansdır." Axar.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan İv Lö Drian İdliblə bağlı Rusiya-Türkiyə razılığına münasibət bildirərkən deyib.

Drian tək şərtlərinin müqavilənin geniş siyasi proses kontekstində istifadə edilməsi olduğunu qeyd edib. O, Suriya məsələsini rusiyalı həmkarı Sergey Lavrovla da müzakirə etmək istədiyini söyləyib.