Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb

25 Sentyabr 2018 02:20 (UTC+04:00)

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına start verilib. "Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas milli komandası ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivi ilə üz-üzə gəlib.

Görüşlərdən sonra üstünlük əsas milli komandanın tərəfində olub. Arkadi Naydiç və Teymur Rəcəbov rəqibləri ilə heç-heçə edib. Eltac Səfərli və Rauf Məmmədov isə görüşlərini qələbə ilə başa vurublar.

Azərbaycan - Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandası - 3:1

Teymur Rəcəbov (2751) - İqor Yarmanov (2376) - 0,5:0,5

Arkadi Naydiç (2721) - Andrey Qurbanov (2305) - 0,5 - 0,5

Rauf Məmmədov (2699) - Dmitri Scerbin (2264) - 1:0

Eltac Səfərli (2676) - Andrey Tersinsev (2194) - 1:0