Gənc əsgərlərlə milli-mənəvi dəyərlərimiz ilə bağlı söhbətlər aparılıb

24 Sentyabr 2018 19:29 (UTC+04:00)

Müdafiə Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə gənc əsgərlərlə “Dini radikalizmlə mübarizə və milli-mənəvi dəyərlərimiz” mövzusunda söhbətlər aparılıb.

Görüşlərdə vurğulanıb ki, Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü işlər aparır.