YAP Ağdam rayon təşkilatı iməcilik keçirib

24 Sentyabr 2018 18:24 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının yaranmasının 25 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərin, davamı olaraq, təşkilatın rayon icra hakimiyyəti ilə birgə Quzanlı qəsəbəsi və Xındırıstan kəndi arasında magistral yol boyu ümumrayon iməciliyi keçirilmiş, ərazidə səliqə-səhman yaradılmışdır.

İməcilikdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Ağdam rayon təşkilatının fəalları, ilk partiya təşkilatının sədrləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.

ZÜMRÜD