Filipe Malkom zədəsini sağaldıb

24 Sentyabr 2018 23:19 (UTC+04:00)

"Barselona"nın futbolçusu Filipe Malkom zədəsini sağaldıb. Klubun rəsmi "Tvitter" səhifəsində yer alan məlumata görə, braziliyalı hücumçu komanda ilə məşqlərə başlayıb. Onun La Liqanın 6-cı turunda "Leganes"ə qarşı matçda iştirak edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, F.Malkom iyulda Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. Xatırladaq ki, F.Malkom sentyabrın əvvəli məşq zamanı zədələnmişdi.