"Arsenal"ın yunan futbolçusu zədələnib

24 Sentyabr 2018 19:21 (UTC+04:00)

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Sokratis Papastatopulos zədələnib. Britaniya mətbuatı yazır ki, o, İngiltərə Premyer Liqasının 6-cı turunda "Everton"a qarşı matçın (2:0) 39-cu dəqiqəsində dizindən zədə alıb və məcburi əvəzlənib. 30 yaşlı müdafiəçinin zədəsinin ciddi olub-olmadığı bu gün tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.