Hərbi topoqrafların konfransı keçirilib

24 Sentyabr 2018 18:13 (UTC+04:00)

Azərbaycan Ordusunun 2018-ci il üçün hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi Naviqasiya və Kartoqrafiya İdarəsində müxtəlif qoşun növü zabitlərinin iştirakı ilə “Xüsusi topoqrafik xəritələrin hazırlanmasında müasir texnologiyanın tətbiqi” mövzusunda konfrans keçirilib.

Tədbirdə iştirakçılara Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində istifadəsi üçün nəzərdə tutulan xüsusi topoqrafik xəritələrin, fotosənədlərin, ərazi maketləri və planların hazırlanması zamanı tətbiq olunan müasir texnologiya və proqram təminatları haqqında ətraflı məlumat verilib. Həmçinin bu proqramların tətbiqi ilə hazırlanan xüsusi topoqrafik xəritələr, üç ölçülü ərazi maketləri və fotosənədlər nümayiş etdirilib.