Timoti Şriver: "Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun keçirilməsi böyük hadisədir" - AÇIQLAMA

24 Sentyabr 2018 17:05 (UTC+04:00)

"Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun keçirilməsi böyük hadisədir. Azərbaycanda bu hərəkata dəstək verilməsi bizim üçün qürurdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver deyib.

O qeyd edib ki, bu Forumdan sonra gənc insanlar burada gördüklərini öz ölkələrində danışacaq və oradakı insanları öyrədəcəklər: "Bu da Xüsusi Olimpiya Hərəkatının inkişafına daha da təkan verəcək".

T.Şriver Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.