BİU-nun tələbələri hansı ali məktəblərə yerləşdiriləcək? RƏSMİ

24 Sentyabr 2018 16:49 (UTC+04:00)

Nazirlər Kabineti tərəfindən Dövlət İmtahan Mərkəzinə Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin başqa ali məktəblərə yerləşdirilməsi üçün müraciət edilib. Bu barədə SİA-ya DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, hazırda Bakı İslam Universietinin I kursunda təhsil alan tələbələrin digər ali məktəblərin boş qalan ixtisaslarına yerləşdirilməsi prosesi aparılır: "Tələbələrin yerləşdirilməsi zamanı onların ali məktəblərə qəbul imtahanlarında topladığı ballar nəzərə alınır".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Bakı İslam Universitetinin I kursunda hazırda 139 tələbə təhsil alır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi İslam Universitetinin bağlanması barədə məlumat yayıb.

Bundan əvvəl isə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə Bakı İslam Universitetinin fəaliyyətini dayandırdığını qeyd etmişdi.