Üç kişiylə moteldə gecələmək istəyən Afətin başına iş gəldi

24 Sentyabr 2018 16:47 (UTC+04:00)

Telejurnalist Afət Rahilqızının başına iş gəlib. SİA-nın məlumatına görə, ARB telekanalında yayımlanan "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinin komandası ilə birlikdə bölgələrdə ezamiyyətdə olan aparıcı gecələmək üçün yolüstü moteldə qalmaq istəyib. Lakin o, moteldən rədd cavabı alıb.

A.Rahilqızı başına gələnlər haqda sosial şəbəkədə status yazıb: "Hər dəfə bölgələrə çəkilişlərə gedəndə otellərdə maraqlı əhvalatlarla qarşılaşırıq. Deməli, iki operator, bir sürücü və mən 1 həftədir ki, bölgələrdəyik. Bu dəfə də çox yorğun olduğumuzdan hər dəfə qaldığımız oteldə deyil, yol kənarında fəaliyyət göstərən moteldə gecələmək istədik. Qapıda dayanan kişiyə, bizə 1 gecəlik 2 otaq lazım olduğu söylədim. "Üç kişi və mənəm" demişdim ki, kişi qaşlarını düyünləyib, "Gecə vaxtı qadın xeylağını buraxa bilmərəm, gedin nikah kağızı gətirin", deyib, bizi geri qaytardı. Biz yola davam etdik".