Ermənistan qazsız qaldı

24 Sentyabr 2018 16:34 (UTC+04:00)

Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb. SİA xəbər verir ki, məlumatı "Qazprom Armeniya” şirkətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti "Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb.

Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, bu xətt vasitəsilə Rusiyadan Ermənistana qaz ötürülür.