Yevlaxda "Hyundai"n vurduğu piyada öldü

24 Sentyabr 2018 16:05 (UTC+04:00)

Yevlax şəhəri ərazisində "Hyundai" markalı avtomobillə piyada vurulub. DİN-dən SİA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 19 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Vasif Məmmədəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.