Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası təsis olundu

24 Sentyabr 2018 15:31 (UTC+04:00)

Sentyabrın 22-də Pekin Çin Neft Universitetində dünyanın 16 ölkəsindən olan 28 neft universitetinin rəhbərlərinin, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası təsis olunub. Universitetdən SİA-ya verilən xəbərə görə, təsis qurultayında universitet rektorları Bəyannamə imzalayıb, eyni zamanda Assosiasiyanın nizamnaməsini qəbul ediblər. Assosiasiyanın əsas vəzifələrindən biri enerji sektorunda qlobal təhsil məkanının yaradılmasıdır.

Təsis qurultayında ADNSU-nun rektoru, professor M.Babanlı “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.