Depozit hərracının nəticələri açıqlanıb

24 Sentyabr 2018 15:19 (UTC+04:00)

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. SİA məlumat verir ki, sentyabrın 24-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriib. Keçirilmiş növbəti depozit hərracında tələb 775,1 milyon manat olub. Məlumatda o da bildirilir ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 8,01 təşkil edib.