Ərdoğan: "BMT TŞ mövcud münaqişələri həll edə bilmir"

24 Sentyabr 2018 14:23 (UTC+04:00)

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə BMT Təhlükəsizlik Şurasında köklü islahatlara ehtiyac olduğunu və mövcud vəziyyətdə təşkilatın dünya məsələlərinin həllində bacarıqsızlığını bəyan edib. SİA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasındakı iştirak üçün getdiyi Nyu-Yorkda türk və müsəlman icmalarına verdiyi açıqlamada deyib.

“194 ölkədən beşinin bütün dünyaya hökm etməsi mümkün deyil, daimi və qeyri-daimi üzvlərə bölünmə olmamalıdır. Əgər islahat aparılsa, o zaman təşkilatın 20 daimi üzv olacaq ki, hansı ki onlar bütün qitə və dinlərin nümayəndəsini əhatə edəcək. Yalnız belə halda, BMT ədalətli fəaliyyət ortaya qoya bilər”, - deyə Ərdoğan qeyd edib.Türkiyə lideri əlavə edib ki, hazırda bu təşkilat mövcud münaqişələri həll edə bilmir.