Yığmamız dünya çempionatında 4-cü olub

24 Sentyabr 2018 13:28 (UTC+04:00)

Slovakiyanın Trnava şəhərində başa çatan gənc güləşçilərin dünya çempionatında sərbəst güləş üzrə yığmaların sıralaması müəyyənləşib. SİA-nın məlumatına görə, millimiz 91 xal toplayaraq komanda hesabında 4-cü yeri tutub.

Böyük məşqçi Saypulla Absaidov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mundiala 10 güləşçiylə yollanan yığmamız 4 medal qazanıb. Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Həmzətov (92 kq) isə bürünc medal əldə edib.

Qeyd edək ki, DÇ-də Rusiya (182) birinci, ABŞ (115) ikinci, İran (98) isə üçüncü yeri tutub.