Eldar: "Nigar, sənin kimi geyimdən imtina edəcəm" FOTO

24 Sentyabr 2018 15:20 (UTC+04:00)

"Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov Azərbaycanı tərk ediblər. SİA-nın məlumatına görə, ifaçılar istirahət məqsədi ilə Yunanıstanın Mikonos adasına yollanıblar. Bakıdan kənarda dincələn müğənnilər fotolarını "İnstagram" səhifələrində paylaşıblar.

Eldar Nigarla birgə çəkdirdiyi şəklə hər kəsin marağına səbəb olacaq sözlər yazıb: "Nigar, belə getsə, səninlə daha çox vaxt keçirsəm, lap sənin kimi geyimdən imtina edəcəm".

Həmin fotonu təqdim edirik: