AŞPA-nın Gürcüstanda komitə iclası keçiriləcək

24 Sentyabr 2018 09:29 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün bu gün Gürcüstana səfər edəcək. SİA-nın xəbərinə görə, Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.
Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərinin söyləyəcək, təkliflərini verəcək.
Səfər sentyabrın 26-da başa çatacaq.