Tarkan balaca qızına baxmaq üçün 3 köməkçi işə götürüb

23 Sentyabr 2018 18:04 (UTC+04:00)

2 ay əvvəl dünyaya gələn qızları Liya Tarkan-Pınar Tevetoğlu cütlüyünün həyatını tamamilə dəyişdirib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Tarkan və Pınar üç köməkcini birdən işə götürüblər. Evlərində qalacaq köməkçilərdən biri ev təmizliyi ilə məşğul olacaq. Digər ikisi isə uşağa baxmaq üçün Pınara kömək edəcəklər.