Roberto Donadoni Yaponiya millisini çalışdıracaq?

24 Sentyabr 2018 03:16 (UTC+04:00)

Ötən mövsümün sonunda “Bolonya”dan ayrılan Roberto Donadoni Yaponiya millisini çalışdıra bilər. “La Gazzetta dello Sport” yazır ki, italiyalı mütəxəssis sözügedən ölkənin futbol federasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir. Təcrübəli məşqçinin müqavilənin son detallarını müzakirə etmək üçün artıq Yaponiyaya yollandığı bildirilir.