Ufuk Budakın komandası qalib gəlib

24 Sentyabr 2018 02:19 (UTC+04:00)

Türkiyə I Liqasında 6-cı turun oyunları keçirilir. Azərbaycan millisinin üzvü Ufuk Budakın formasını geyindiyi “Boluspor” səfərdə “Adanaspor”u 2:1 hesabı ilə məğlub edib.

Ufuk start heyətdə yer alıb və sonadək oynayıb. Budak komandasının ikinci qolunda məhsuldar ötürmə edib. "Boluspor” hazırda 16 xalla 18 iştirakçı arasında ikinci pillədədi.