Hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

23 Sentyabr 2018 15:16 (UTC+04:00)
Yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq 5436,0 milyon manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4006,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,7 faizini təşkil edib. Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 554,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.